“Qarabağ sazişində Türkiyənin yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır” - Hulusi Akar
13 noyabr 2020 10:48:56
“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirrəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.
Zəfər.Az Modern.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir:
“Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.
H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət Azərbaycana gələcək.
“Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək", - deyə nazir bildirib.