Ərdoğan ASELSAN-ın yeni sistemlərinin AÇILIŞINDA
13 noyabr 2020 10:47:36
Bu gün Ankarada Türkiyənin ən güclü istehsal komplekslərindən olan ASELSAN-ın (Hərbi Elektronika Sənayesi) yeni sistem və təsisatlarının açılışı olub.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışıb.
Prezident bildirib ki, 2002-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Bununla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib. Bütün istehsal gücü yerli mühəndislər tərəfindən tənzimlənir.
"Dünyanın ilk 100 müdafiə şirkəti sırasında 7 firma ilə təmsil olunuruq. Təkcə son 5 ildə 5 firmamız da bu siyahıya daxil olub", - deyə Ərdoğan bildirib.