BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistan Müdafiə Nazirliyində istefa

13 noyabr 2020 10:46:24

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan noyabrın 9-da vəzifəsindən istefa verib.

 

Zəfər.az-ın məlumatına görə, o, bu barədə özünün feysbuk hesabında yazıb.

 

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş Qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını diqqətə çatdırıb.

 

A.Ovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını da bildirib.