BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər” - Polad Bülbüloğlu

13 noyabr 2020 10:11:10

“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”.

 

Zəfər.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında bildirib.

 

“Bu (status-red.), orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”,- deyə o vurğulayıb.

 

Səfir həmçinin qeyd edib ki, hazırda heç bir status-kvodan söhbət gedə bilməz.

 

Polad Bülbüloğlu əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində “Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır”, - deyə bildirmişdi.(Modern.az)