BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şuşada səslənən ilk Azərbaycan radiosu - ASAN RADİO

12 noyabr 2020 16:52:18

ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.

 

“ASAN xidmət”dən Modern.az-a verilən məlumata görə, operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

 

Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

 

ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.