BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şuşa Polis Şöbəsi şəhərin özünə köçürülüb - komendant təyin olunub

12 noyabr 2020 16:39:59

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Zəfər.az-a verilən məlumata görə, həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

 

Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb.

 

O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək və polis rəisi hərbi komendant vəzifəsini icra edəcək.