BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Atəşkəsi pozanlara qarşı birlikdə tədbir görüləcək” - Çavuşoğlu

12 noyabr 2020 14:40:45

“Münaqişənin həllindən ən çox bölgə əhalisi yararlanacaq. Ermənilər qonşulara problem yaratmaqdansa, bölgənin rifahını düşünməlidirlər”.

 

Zəfər.az xəbər verir ki, bugünkü mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib. O qeyd edib ki, açılacaq koridordan Azərbaycan və Türkiyə də faydalanacaq:

 

“Türkiyənin nəzarət mərkəzindəki rolu Rusiyanın roluna bərabər olacaq. Ev sahibi ölkənin də rolu önəmlidir. Ortak çalışma qrupu yaradıb, detalları müəyyənləşdirəcəyik. Sabah Rusiyadan qrup gələcək. Atəşkəsi pozanlara qarşı birlikdə tədbir görüləcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi”.(Modern.az)