“Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq” - Çavuşoğlu
12 noyabr 2020 11:50:10
“Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycan torpaqlarında Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək”.
Zəfər.Az-ın Modern.az-a istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlu deyib ki, başda ev sahibi Azərbaycan olmaqla, Türkiyə və Rusiya atəşkəsə nəzarət mərkəzi və şöbələrinin harada yerləşməsinin məqsədəuyğun olduğu müzakirə ediləcək və qərar veriləcək: “Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq”.