Paşinyan müxalifəti başsız qoydu - HƏBSLƏR
12 noyabr 2020 11:47:52
Ötən gün erməni mediası sabahkı aksiyanı və istefa tələbini önləmək üçün “müxalifətin gecə ovu”na başlanacağını yazmışdı. Elə gecə saatlarında Ermənistanda siyasi həbslər başladı.
Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanda ilk həbs edilənlərdən biri “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan oldu. O dünən İrəvanın Azadlıq meydanından həbs edilib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan, parlamentin keçmiş vitse-spikeri Ara Saakyan və eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanovu saxlanılıb. Bununla yanaşı, aksiyanın təşkilatçısı olan “Daşnaksütyun”, “Sosial-Demokratlar” və s. partiyaların rəhbər şəxsləri də saxlanılıb.
Onlar hərbi vəziyyət dövründə kütləvi aksiya təşkil etmək, polisin tələblərinə tabe olmamaq və s. ittiham olunur.