BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

BMT Təhlükəsizlik Şurasında Qarabağ razılaşması müzakirə olundu

12 noyabr 2020 10:36:08

Rusiya qapalı məsləhətləşmələrdə BMT Təhlükəsizlik Şurasının üzvlərini Azərbaycan və Ermənistanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üzrə razılaşması haqqında məlumatlandırıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.

 

"Rusiya bu gün BMT Təhlükəsizlik Şurasında Moskva, Bakı və Yerevanın Dağlıq Qarabağda atəşin dayandırılması haqqında nail olunmuş razılaşması haqqında danışdı", - deyən mənbənin sözlərinə görə, görüş qapalı formatda keçib.(Modern.az)