“Qarabağ” bu gün AvroLiqada növbəti oyuna çıxır
05 noyabr 2020 13:07:35
Bu gün UEFA Avropa Liqanın qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam klubu Türkiyə səfərində "Sivasspor"un qonağı olacaq.
İlk iki turda uduzan hər iki komanda üçün bu görüşdə qələbə olduqca vacibdir.
“Yeni 4 Eylül” stadionunda keçiriləcək görüş Azərbaycan çempionunun Türkiyə təmsilçilərinə qarşı ilk dueli olacaq.
5 noyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
I qrupu
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu
00:00. "Vilyarreal" (İspaniya) - "Makkabi" (Təl-Əviv, İsrail)