BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Gecə Xocavənd və Ağdərədə döyüşlər gedib - Düşmən itki verərək geri çəkilib

05 noyabr 2020 12:43:40

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

 

Zəfər.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

 

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.