BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ordumuz düşmənin yaylım atəşli reaktiv sistemlərinin 75 faizini məhv edib

02 noyabr 2020 15:45:42

Ermənistanın Dağlıq Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin darmadağın edilməsindən sonra, demək olar ki, düşmən buradakı bütün yaylım atəşli reaktiv sistemlərini də itirib.


Zəfər.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.


Bildirilir ki, Ermənistanın Dağlıq Qarabağdakı reaktiv artilleriya vasitələrinin təxminən 75 faizi Azərbaycan ordusu tərəfindən məhv edilib.


Qeyd edilir ki, anoloji vəziyyət hava hücumundan müdafiə sistemlərində də müşahidə olunur.(Modern.az)