BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağ münaqişəsini başladan QƏTL

22 fevral 2020 14:28:22

1988-ci il 13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir.

 

1988-ci il 19 fevralda İrəvanda anti-türk mövqeli mitinq keçirilir. Mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" tələbləri irəli sürülür.

 

1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir.

 

1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir.

 

1988-ci il 22 fevralda Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən güllə-boran edilir. 2 nəfər yeniyetmə Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır.