Prezidentin köməkçisi diplomatları Bərdəyə apardı
29 oktyabr 2020 16:29:13
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.
Zəfər.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.
“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.