Düşmən Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf aldı
22 oktyabr 2020 15:19:19
Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb.
Baş Prokurorluqdan Zəfər.az-a verilən məlumata görə, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.