BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Bakı istəyərsə, Türkiyə Azərbaycana qoşun göndərəcək” - Vitse - prezident

22 oktyabr 2020 12:13:43

Əgər Bakı istəyərsə, Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və hərbi dəstək verəcək.

 

Zəfər.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay “CNN Türk” telekanalına müsahibəsində deyib.

 

“Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk gündən açıq şəkildə bəyan etdi. Azərbaycanla Türkiyə arasında hərbi sazişlər var, hərbi əməkdaşlıq haqqında sazişlər var. Əgər Ermənistan tərəfindən hadisələrin gözlənilməyən inkişafı baş verərsə və belə bir dəvət gələrsə, Türkiyə tərəddüd etməz, Prezidentimiz heç tərəddüd etməz”, - Oktay deyib.

 

Bununla yanaşı, o qeyd edib ki, hazırda belə müraciətlər daxil olmayıb.

 

Oktay, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.

 

Onun sözlərinə görə, Minsk qrupu məsələni həll olunmamış saxlamağa çalışır və Ermənistanı həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir.(Modern.az)