BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı - İşğala son verilməlidir!

22 oktyabr 2020 11:34:20

Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Bu barədə Zəfər.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.