BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Paşinyanın açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın

22 oktyabr 2020 11:32:20

Nikol Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur.

 

Zəfər.az xəbər verir ki, bu barədə öz "Twitter" hesabında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 

İ.Kalın qeyd edib ki, kimin müharibə istədiyi aydındır:

 

"Bu, Türkiyə və Azərbaycanın haqlı olduğunu təsdiqlədi: Cənubi Qafqaz, Dağlıq Qarabağda sülh və sabitlik Qarabağ işğaldan azad olunduqdan sonra olacaq".(Modern.az)