BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Düşmənin 6 PUA-sı məhv edilib - Anar Eyvazov

22 oktyabr 2020 11:20:59

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

 

Zəfər.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, düşən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib:

 

“Çoxlu sayda silah və sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 ədəd PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb”.