BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”

21 oktyabr 2020 18:05:21

Ermənistan ordusunun məğlubiyyəti ilə barışa bilməyən Nikol Paşinyan yenə də xislətinə uyğun olan açıqlama verib.

 

Zəfər.Az xəbər verir ki, o, öz feysbuk səhifəsində canlı yayımda Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu bildirib.

 

“Qarabağ probleminin, indiki mərhələdə diplomatik yolla həll edilə bilməyəcəyini anlamalıyıq”.

 

O həmçinin qeyd edib ki, danışıqlar zamanı torpaqları işğal altında olan Azərbaycan tərəfi Ermənistanın təklif etdiyi müddəalarla razılaşmır.

 

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ötən gün geri çəkildiklərini, həmçinin 27 sentyabrdan aparılan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin erməni qüvvələrini 12 dəfə üstələdiyini etiraf etmişdi.(Qafqazinfo)