BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistanın eks-prezidentləri təcili Qarabağı MÜZAKİRƏ ETDİLƏR

21 oktyabr 2020 16:28:58

Ermənistanın 3 sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan görüş keçirib.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, onlar Qarabağda Ermənistan üçün yaranmış acınacaqlı durumu müzakirə ediblər.

 

Görüşdə Qarabağdakı qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan da iştirak edib.

 

Görüş barədə məlumatı Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan söyləyib.