BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ

21 oktyabr 2020 12:25:33

Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var.

 

Zəfər.Az Modern.az-a istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai televiziyanın efirində deyib.

 

Onunsözlərinə görə, bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib.

 

“On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”, - Ovannisyan deyib.

 

O, urğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur.

 

“Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”, - Ovannisyan deyib.