BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qubadlı-Zəngilan cəbhəsi də açıldı: döyüşlər gedir - Müdafiə Nazirliyi

20 oktyabr 2020 15:40:56

Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.

 

Zəfər.az xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.

 

Bu isə o deməkdir ki, rəşadətli ordumuz artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.

 

Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən isə öz növbəsində müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

 

Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı…