BMT Təhlükəsizlik Şurası bu gün Qarabağla bağlı toplaşacaq
19 oktyabr 2020 14:53:32
BMT Təhlükəsizlik Şurası Qarabağda yaranmış vəziyyətlə bağlı iclas keçirəcək.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, iclas ABŞ, Rusiya və Fransanın təklifi ilə çağırılacaq.
Bundan əvvəl, sentyabrın 29-da Təhlükəsizlik Şurası Qarabağla bağlı iclas keçirmişdi.
Xatırladaq ki, toplantıda BMT-nin 5 daimi üzvü – Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çinlə yanaşı, 10 qeyri-daimi üzvləri də toplaşacaq.