Düşmənin bu texnikaları və canlı qüvvəsi MƏHV EDİLDİ
 
                  19 oktyabr 2020 14:30:10
Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Zəfər.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
                                 
                                 
                                 
                         
                        