BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Kanadada yaşayan soydaşlarımız Gəncəyə dəstək yürüşü keçirdi

19 oktyabr 2020 14:26:55

Ermənilərin cəbhə xəttindəki təxribatlarından sonra ək hücuma keçən Ordumuzun qazandığı uğurlar və qısa zamanda bir neçə yaşayış məntəqələrimizi işğaldan azad etməsi bütün dünyada yaşayan azərbaycanlıları sevindirib.

 

Zəfər.az xəbər verir ki, bir çox ölkələrdə yaşayan həmyerlilərimiz Qarabağa, Ordumuza dəstək yürüşləri keçirirlər. Belə aksiyalardan biri də Kanadada keçirilib.

 

Bu ölkədə yaşayan azərbaycanlılar Ordumuza dəstək nümayiş etdirməklə yanaşı erməni terroru nəticəsində Gəncə şəhərinə raket hücumundan həlak olan və yaralanan dinc əhalinin haqq səsini dünyaya çatdırmaq üçün yürüş keçiriblər.

 

Yürüş zamanı aksiya iştirakçıları Azərbaycan bayraqları ilə yanaşı əllərində müxtəlif şüarlar yazılmış plakatlar da nümayiş etdiriblər. Plakatlarda “Armenia Kills Children”, “Stop Armenian Agression”, “Pray for Ganja” və digər şüarlar əks olunub.(Modern.az)