BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Berlinin mərkəzində Ermənistana etiraz aksiyası - FOTOLAR

18 oktyabr 2020 10:09:33

Almaniyanın paytaxtı Berlində Ermənistanın Azərbaycan ərazilərinə hücumları və Dağlıq Qarabağın işğalına etiraz yürüşü keçirilib.

 

Zəfər.az xəbər verir ki, İskəndər Meydanına toplaşan minlərlə nümayişçi Unter den Linden küçəsi ilə şəhərin mərkəzindəki Brandenburg Qapısına doğru irəliləyib.

 

"Şəhidlər ölmür, vətən bölünməzdir", "Erməni terrorizmini dayandırın" kimi şüarlar səsləndirən nümayişçilər Ermənistanın işğalçı və təcavüzkar münasibətini tənqid ediblər.

 

Nümayiş zamanı Azərbaycan, Türkiyə və Almaniya bayraqları və "Qarabağ Azərbaycandır" və "Ermənistan BMT-nin qərarlarına əməl et" yazılmış plakatlar qaldırılıb.

 

Brandenburg Darvazasının qarşısındakı 18 Mart Meydanında qurulan səhnədə çıxış edən Almaniya Azərbaycanlıları Diaspora Təşkilatlarının Prezidenti Yaşar Musayev, Ermənistanın mülki əhalisini vurmasının terror olduğunu söyləyərək bu hücumları pisləyib.
Bütün dünyada yaşayan azərbaycanlıların bir ürək olduğunu bildirən Musayev, Avropa ölkələrinin erməni hücumlarına qarşı səssizliyini tənqid edib.
Musayev Avropanın, xüsusən də Alman mediasının bitərəf olmadığını qeyd edib.

 

Nümayişçilərlə telefonla danışan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov, Azərbaycan və ordusunun bu nümayiş tərəfindən dəstəkləndiyini bildirib və nümayişdə iştirak edən hər kəsə təşəkkür edib.(Modern.az)