BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara cavab verdi

16 oktyabr 2020 12:43:07

“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”.

 

Zəfər.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.

 

O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.(Qafqazinfo)