“Nə dərəcədə insaniyyətdən kənar olmalısan ki, qəbiristanlığı atəşə tutasan?”
16 oktyabr 2020 12:41:26
"Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?".
Zəfər.az xəbər verir ki, bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb. Birinci xanım Tərtərdə erməni təxribatı nəticəsində baş verən hadisə zamanı ölənlərin ailələrinə başsağlığı verib:
"Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin".