TBMM-nin sədri Azərbaycana gələcək
16 oktyabr 2020 12:31:38
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, o, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq.
Şentopun səfəri Azərbaycan Respublikasının Milli Müstəqillik günü – oktyabrın 18-i başlayacaq. Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək.
Mustafa Şentop oktyabrın 20-də isə Azərbaycan Milli Məclisində çıxış edəcək.