BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - AÇIQLAMA

15 oktyabr 2020 17:10:44

Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı

 

“Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır”.

 

Zəfər.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

“Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

 

Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

 

Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir”, - deyə məlumatda qeyd olunub.