BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilərin yaraladığı mülkilərin sayı 218-ə çatdı - 43 ölü

15 oktyabr 2020 16:46:07

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Zəfər.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

 

Bundan başqa, 290 mülki obyekt, 1592 yaşayış evi və 79 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.