“Ermənistanın atəşi nəticəsində daha 1 nəfər yaralanıb” - Hikmət Hacıyev
15 oktyabr 2020 10:13:01
“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər rayonlarını atəşə tutublar. Nəticədə 1 dinc sakin yaralanıb”.
Zəfər.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.