BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilər Ağdamın Baharlı qəsəbəsini atəşə tutub, yaralılar var

15 oktyabr 2020 10:11:55

Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.

 

Zəfər.az APA-ya istinadən xəbər bverir ki, hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur.

 

Nəticədə 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu, 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu yaralanıb. Onların hər ikisi məcburi köçkündür.