BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ərdoğan Putinə zəng etdi: Qarabağ müzakirə olundu

15 oktyabr 2020 09:57:14

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

 

Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, tərəflər Qarabağdakı son döyüşləri müzakirə ediblər.

 

Tərəflər ATƏT-in Minsk qrupunun mövqeyi və baza prinsipləri əsasında münaqişənin həll olunmasının vacibliyini vurğulayıblar. Putin Minsk qrupunun üzvü kimi Türkiyənin Qarabağda gərginliyin azalması və atəşkəs razılaşmasının pozulmaması üçün öz töhfəsini verəcəyinə ümidini ifadə edib.