BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İşğal olunmuş Şuşada məskunlaşan ermənilərin əksəriyyəti qaçıb

15 oktyabr 2020 09:53:20

Azərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib.

 

Zəfər.az bu barədə TASS-a istinadən məlumat verir.

 

Qeyd olunub ki, döyüş əməliyyatları başlayana qədər şəhərdə 5 min nəfər yaşayıb.

 

Əhalinin əsas hissəsi Ermənistanın qəsəbələrinə təxliyə edilib. Qalanlardan heç kim xəsarət almayıb. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb. Qadın və uşaqlar təxliyə olunub, kişilər isə cəhbədədir.