Separatçıların liderindən etiraf: “Azərbaycan Ordusu uğur qazanıb, sülhə hazırıq”
15 oktyabr 2020 09:10:03
Qarabağ separatçılarının lideri, hərbi cinayətkar Araik Arutunyan növbəti dəfə müraciət yayıb.
Zəfər.az xəbər verir ki, Arutunyan Azərbaycan Ordusunun son günlər uğurlu əməliyyatlar keçirdiyini, müdafiə xəttini yara bildiyini etiraf edib. Rəsmi Bakının ünvanına tez-tez hədələr səsləndirən Arutunyan bu dəfə müraciətində sülh danışıqlarına çağırış edib.
“Düşmən müəyyən uğurlar qazana bilib. Biz heç bir şərt olmadan humanitar atəşkəsə riayət etməyə və dərhal sülh danışıqlarını başlamağa hazırıq”.
Bununla belə, Arutunyan yenidən dünya ermənilərinə müraciət edərək, onları Qarabağda döyüşməyə səsləməyi də unutmayıb.(Modern.az)