Ermənistan Azərbaycan Müdafiə Nazirliyinin məlumatını TƏSDİQLƏDİ
14 oktyabr 2020 13:49:47
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə sərhəddə hərbi texnikasının məhv edildiyini təsdiqləyib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, rəsmi Yerevan məhv edilən hərbi texnikasının adlarını açıqlamaqdan imtina edib.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksi start vəziyyətinə gətirildiyi anda məhv edilib.