BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs öldü

14 oktyabr 2020 13:37:27

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.

 

Zəfər.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Oktyabrın 14-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə şəhərin mərkəzinə bir necə top mərmisi atıb. Nəticədə bir mülki şəxs ölüb.

 

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.