Xankəndinin boş qalan küçələri - FOTO+VİDEO
14 oktyabr 2020 11:30:28
Rusiyanın MASH internet kanalı Xankəndidən reportaj hazırlayıb.
Zəfər.az xəbər verir ki, hazırlanan reportajda şəhərin tamamən boş olduğu görünür.
Reportajı hazırlayan müxbirin sözlərinə görə, mülki əhali evini tərk edib. O, müsahibə almaq üçün şəhərin mərkəzində yerləşən stadiona getsə belə, orada danışmağa heç kimin, hətta mühafizəçinin də olmadığını bildirir.
Müxbir qeyd edir ki, şəhərdə internet yoxdur, telefon əlaqəsi yaratmaq çox çətindir, SİM kart satışı isə qadağandır. Mətbuat mərkəzində işıq yoxdur, küçələrdəki işıqforlar işləmir.(Modern.az)