Yaralı hərbçilərimiz üçün İllizarov aparatları - VİDEO
14 oktyabr 2020 10:58:55
Yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatlardan biri İllizarov aparatıdır.
Zəfər.az xəbər verir ki, cəmiyyətdə daha çox İllizarov aparatı olaraq bilinən 510 yeni belə tibbi cihazlar Azərbaycana gətirilib. Bu aparatlar hərbi hospitallara paylanılıb.
Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən İllizarov aparatı ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.
İllizarov aparatı iki metal üzük və iki cüt spikeri ilə təmsil olunur. Müxtəlif diametrli metal spikeri keçməklə sümüyün metafizial hissəsinə adaptasiya edilir.
İllizarov aparatının fərqli bir xüsusiyyəti onun çoxölçülülüyü və universallığıdır. Modifikasiyalar və müxtəlif əlavə adaptasiyalar sayəsində osteosentezin bu üsulu müasir tibb təcrübəsində geniş tətbiq tapıb.
Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq.
Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İllizarov aparatından 3 500 ədəd sifariş olunub.
Qeyd edək ki, İllizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.(Axar.az)