Brüssel və Moskva Qarabağı müzakirə etdi
14 oktyabr 2020 10:37:25
Avropa Birliyinin xarici siyasət və siyasi təhlükəsizlik üzrə ali baş komissarı Jozep Barrel Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıb.
Zəfər.AZ Modern.az-a istinadən xəbər verir ki, tərəflər Qarabağda yaranmış vəziyyəti və atəşkəs rejiminin pozulması hallarını müzakirə ediblər.
Bundan başqa, diplomatlar dünyanın digər qaynar nöqtələrindəki vəziyyət barədə də fikir mübadiləsi aparıblar.