Həmsədrlər BƏYANAT yaydılar
14 oktyabr 2020 10:36:06
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Zoqrab Mnatsakanyanla danışıqlardan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimləmə prosesinin mühüm məsələləri üzrə tərəflərlə işini davam etdirir.
Zəfər.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi çərçivəsində davam edən zorakılıqlarla bağlı narahatlığını ifadə edir:
“Həmsədrlər region üçün faciəvi nəticələrin qarşısının alınması üçün humanitar atəşkəs rejimi çərçivəsində tərəflərin öhdəliklərinin tam icrası üçün dərhal addımlar atmağa çağırır.
Həmsədrlər təkrar edir ki, mülki əhali arasında itkilər heç bir halda qəbulolunmazdır. Onlar tərəfləri həlak olanların, əsirlərin və saxlanan şəxslərin mübadiləsinin təmin olunması üçün humanitar atəşkəs rejiminə əməl olunması ilə əlaqədar dərhal zəruri addımlar atmağa, eləcə də atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırır”.(Modern.az)