BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

ABŞ Dövlət katibi Gəncəyə raket atılmasını PİSLƏDİ

14 oktyabr 2020 10:32:06

ABŞ Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsi ilə bağlı yeni tvit atıb.

 

Zəfər.az xəbər verir ki, o, tərəfləri atəşkəs rejimini pozmamağa və yaşayış məntəqələrinə atəş açmamağa çağırıb.

 

“ABŞ Azərbaycan və Ermənistanı atəşi dayandırmaq barədə razılaşmaya əməl etməyə, Gəncə və Xankəndi kimi yaşayış məntəqələrini atəşə tutmamağa çağırır. İnsan tələfatından təəssüfümüzü bildiririk və münaqişənin dinc yolla həllinə tərəfdarıq”- deyə Dövlət katibi Mayk Pompeo açıqlama verib.(Modern.az)