Gizir Əlvan Qafar oğlu Hüseynov
DOĞUM TARİXİ:
14.11.1994
DOĞUM YERİ:
Ukrayna, Dnepropetrovsk
ŞƏHİD OLDUĞU TARİX:
03.04.2016
ŞƏHİD OLDUĞU YER:
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Lələ təpə yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Füzuli rayonu, Zobcuq kəndi
AİLƏ VƏZİYYƏTİ:
Subay idi
TƏLTİF VƏ MÜKAFATLARI:
ƏLVAN QAFAR OĞLU HÜSEYNOV
Əlvan Hüseynov 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.
Zəfər.Az saytı bilridirir ki, Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
Əlvan Hüseynov Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.