Gizir Rusif İbrahim oğlu Ağayev
DOĞUM TARİXİ:
16.04.1987
DOĞUM YERİ:
Azərbaycan, Lənkəran şəhəri, Hirkan kəndi
ŞƏHİD OLDUĞU TARİX:
06.04.2016
ŞƏHİD OLDUĞU YER:
Ağdərə rayonu, Talış kəndi, Talış yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Lənkəran şəhəri, Hirkan kəndi
AİLƏ VƏZİYYƏTİ:
Mahrux Ağayeva ilə ailəli idi.
Zəhra adlı qızı və Əli adlı oğlu bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
RUSİF ELMAN OĞLU AĞAYEV
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı.
Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edəarək, nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirib. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd edib. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub