Gizir Nurlan Rasim oğlu Abdullazadə
DOĞUM TARİXİ:
14.02.1994
DOĞUM YERİ:
Azərbaycan, Zərdab rayonu, Böyük Dəkkə kəndi
ŞƏHİD OLDUĞU TARİX:
04.04.2016
ŞƏHİD OLDUĞU YER:
Ağdərə rayonu, Talış kəndi, Talış yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Zərdab rayonu, Böyük Dəkkə kəndi
AİLƏ VƏZİYYƏTİ:
Subay idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
NURLAN RASİM OĞLU ABDULLAZADƏ
Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.
Zəfər.Az saytı bildirir ki, gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılbı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılbı və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırılbı.
Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.