Baş leytenant Əbu Bəkir Vüqar oğlu İsmayılov
DOĞUM TARİXİ:
10.02.1990
DOĞUM YERİ:
Azərbaycan, Kürdəmir şəhəri
ŞƏHİD OLDUĞU TARİX:
02.04.2016
ŞƏHİD OLDUĞU YER:
Füzuli rayonu
DƏFN EDİLDİYİ YER:
Bakı şəhər II Fəxri Xiyaban
AİLƏ VƏZİYYƏTİ:
Şəbnəm xanımla ailəli idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Azərbaycan Bayrağı" ordeni
ƏBU BƏKİR VÜQAR OĞLU İSMAYILOV
Əbu Bəkir Vüqar oğlu İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində Vüqar və Rəna İsmayılovların ailəsində anadan olub. Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.
Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.
Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz Musazadə və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutub. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatılıb. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.