Kapitan Nəcməddin Akif oğlu Savalanov
DOĞUM TARİXİ:
26.02.1985
DOĞUM YERİ:
Azərbaycan, İmişli rayonu, Göbəktala kəndi
ŞƏHİD OLDUĞU TARİX:
08.05.2016
ŞƏHİD OLDUĞU YER:
Bakı şəhəri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı (Aprel döyüşlərində Ağdərə rayonu, Talış kəndi, Talış yüksəkliyi istiqamətində ağır yaralanır)
DƏFN EDİLDİYİ YER:
İmişli rayonu, Göbəktala kəndi
AİLƏ VƏZİYYƏTİ:
Rəqsanə xanımLa ailəli idi
Leyla, Nuray və Adəm adlarında övladları bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
NƏCMƏDDİN AKİF OĞLU SAVALANOV
Nəcməddin Akif oğlu Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.
Zəfər.Az bildiri ki, kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Nəcməddin Savalanov ailəli idi, Leyla, Nuray və Adəm adlarında övladları bizlərə yadigar qalıb.
Şəhidimiz haqqında 2017-ci ildə “Şəhidliyə aparan yol” adlı film çəkilib.